Gənc Mühasiblər İctimai Birliyi və Financial Chain Corporation (FCHAİN)-nin təşkilatçılığı ilə 18 may 2024-cü il tarixində Heydər Əliyevin 101-ci ildönümü münasibətilə Şuşa şəhərinə səfər təşkil edildi. Səfərin əsas məqsədi maliyyəçilərin Şuşa şəhərinə ilk səfər-gəzintisini təşkil etməklə yanaşı, işğaldan azad edilmiş torpaqlarda aparılan yenidənqurma işlərinə necə töhfə verə biləcəyimizi və bu ərazilərə maliyyə axının cəlb edilməsini, sahibkarlığın gələcək inkişafı perspektivləri, sahibkarlıqda yaşıl iqtisadiyyatın rolunun mazkirə olunacağı “İqtisadiyyatı Güclü Olan Dövlət Hər Şeyə Qadirdir” mövzusunda forumun təşkili idi. Açılış nitqini Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva və Fchain Corporation şirkətinin baş direktorun müavini Valid Hüseynov etmişdir. Daha sonra forumda “Qarabağın Dirçəlişi Maliyyəçilərin Gözü ilə Yaşıl İqtisadiyyatln perspektivləri” mövzusunda I panel baş tutmuşdur. Paneldə NMR Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova və KOBİA Regional layihələrlə iş və monitoring şöbəsinin müdiri Kamran Bağırzadə çıxış etmişdir. Forumun II Panelinin mövzusu “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətlərin tənzimlənməsi”dir. Paneldə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev Dövlət Vergi Xidməti Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov çıxış etmişdir. Daha sonra Qızıl Əllər Təhsil Mərkəzinin sədri, Prezident mükafatçısı Zemfira Ağayeva, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, GMİB-in təlimçisi Nihad Mehmanlı çıxış edərək Forumun təşkili və Şuşa şəhərinə səfər üçün öz təşəkkürlərini bildirdilər.