Bir saatlıq veriliş boyu keçirilən layihələr, qarşılanan çətinliklər, gələcək planlar və tövsiyələr müzakirə edilmişdir.
Canlı yayım zamanı USAID Özəl Sektorun İnkişafı layihəsi çərçivəsində hazırlanan "Azərbaycanda Qadınların Milli Biznes Gündəliyi (QMBG)" sənədi və özündə cəmləşdirdiyi tövsiyələr də müzakirə edilmişdir.
Qeyd edək ki USAID-in Özəl Sektorun İnkişafı layihəsinin (PSA) məqsədi Azərbaycanda dayanıqlı iqtisadiyyatı dəstəkləmək və biznes üçün əlverişli mühiti yaxşılaşdırmaqdır. PSA-nin “Assosiasiyalarda Qadınlar” komponenti (“Komponent 3”) birbaşa USAID-in dəstəyinə əsaslanır ki, bu da öz növbəsində biznesə dəstək xidmətlərinin imkanlarını genişləndirir və Azərbaycanda mikro, kiçik və orta biznes subyektlərinin inkişafına maneələri azaldır. Komponent 3 Qadınların Milli Biznes Gündəliyini (“QMBG”) işləyib hazırlamaq üçün qadın biznes assosiasiyalarının koalisiyasının yaradılmasını nail olmuşdur. QMBG qadınların iqtisadiyyatda iştirakına maneələrlə bağlı araşdırmaları işıqlandıran və qadınların iqtisadi gücləndirilməsi üçün bir sıra tövsiyələri özündə əks etdirən siyasət sənədidir.