İclas iki mövzunu əhatə edirdi- Kollektiv Təbliğat və Media Planının qısa təqdimatı və indiyədək təşkil olunmuş görüşlər barədə USAİD Azərbaycanın nümayəndələri Şəlalə Kamilova və Nazənin Cavadova çıxış etdilər. İctimai vəkillik barədə təşkilat rəhbərləri konsepsiyaların qısa təqdimatını etdilər. Rəhbər Komitənin üzvü olan Gənc Mühasiblər İctimai Birliyindən iclasda təşkilatın layihələr üzrə koordinatoru Selcan Əlibəyova Qadınların Milli Biznes Gündəliyinin təbliğatı və ictimai vəkilliyi ilə bağlı GMİB-in konsepsiyası barədə çıxış etdi.