Forumun açılış mərasimində Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva, Gənclər Fondunun icraçı direktorun müavini Qədir Xəlilov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Maliyyə Nazirliyi, Aparatın Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov çıxış etdilər. Daha sonra Dövlət İmtahan Mərkəzinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin böyük mütəxəssisi Pərvin Əhmədova DİM-in fəaliyyəti, mühasiblərin peşəkarlaşmasına dəstəyi ilə bağlı iştirakçıları məlumatlandırdı. Forumda ümumilikdə 100 nəfərdən çox şəxs iştirak etdi və 3 paneldən ibarət oldu: