İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəklədiyi və BMTİP-nin həyata keçirdiyi Cənubi Qafqazda Qadınların İqtisadi Gücləndirilməsi layihəsi gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, o cümlədən öhdəliklərin həyata keçirilməsi üçün müəyyənləşdirilmiş konkret tədbirlər üzrə fikir mübadiləsinin aparılması məqsədilə şirkətlərin təcrübələri, onların qarşılaşdıqları maneələr və atılan praktiki addımların müzakirəsini nəzərdə tutan şəbəkələşmə tədbiri təşkil edib. Tədbir şirkətlərdə gender bərabərliyi mövzusunu gündəmdə saxlayan həssas-gender yanaşmasının tətbiq edilməsi ilə Qadınların Gücləndirilməsi Prinsiplərinin (WEPs) dayanıqlılığını artırmaq məqsədi daşıyırdı.
BMTİP-nın Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo görüş iştirakçılarını salamlayaraq qeyd edib ki, bu təşəbbüs hər bir qadının inkişaf etmək, töhfə vermək və lider olmaq imkanından yararlandığı bir dünyanın qurulması yolunda kollektiv fədakarlıq nümunəsidir. O, qadınların gücləndirilməsinə xidmət edən və onların tərəqqisinə əngəl olacaq maneələri aradan qaldıran bu əməkdaşlıq, innovasiya və strategiyaların həyata keçirilməsi təşəbbüsünün vacibliyini vurğulayıb.
Şəbəkələşmə tədbirində Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva iştirak etdi.