"ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Gənc Mühasiblər İctimai Birliyinin (GMİB) tərəfdaşlığı ilə "ASAN Könüllülərinin Şəxsi İnkişaf Proqramı"nda "Biznes və maliyyə analizləri" mövzusunda təlim modulu keçirildi.
Təlim modulu çərçivəsində "Biznes, Maliyyə, Mühasibatlıq və İqtisadiyyatın əsasları", "Maliyyə prinsipləri", "Analizlərin qərarverməyə təsiri", "Biznes və maliyyə analizi arasında fərqlər" kimi mövzulardan bəhs edilmiş və iştirakçıların sualları cavablandırılmışdır.
Qeyd edək ki, təlim Sumqayıt Texnologiyalar Parkı (STP) - Baş Biznes Analitiki, GMİB təlimçi bazasının üzvü Elnur Əliyev tərəfindən tədris olunmuşdur.