"ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Gənc Mühasiblər İctimai Birliyinin (GMİB) tərəfdaşlığı ilə "ASAN Könüllülərinin Şəxsi İnkişaf Proqramı"nda "Excel-də Modelləşdirmə və Süni İntellekt: Sərhədlərinizi genişləndirin" mövzusunda təlim modulu keçirildi.
Təlim modulu çərçivəsində "Gündəlik işinizdə Excel-dən istifadə etməklə öz işinizi necə avtomatlaşdırmaq olar bilirsinizmi?", "Məlumat təhlili və sürətli analitik hesabatlarla maraqlanırsınız?", "Excel-də süni intellektdən necə istifadə edəcəyinizi öyrənməyə hazırsınız?" kimi mövzulardan bəhs edilmiş və iştirakçıların sualları cavablandırılmışdır.
Qeyd edək ki, təlim WeFinix şirkətinin təsisçisi və direktoru, Maliyyə Analitik, Excel və Excel VBA üzrə ekspert, həmçinin GMİB təlimçi bazasının üzvü Şəhla Abdulla tərəfindən tədris olunmuşdur.