"ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Gənc Mühasiblər İctimai Birliyinin (GMİB) tərəfdaşlığı ilə "ASAN Könüllülərinin Şəxsi İnkişaf Proqramı"nda "Maliyyə və Vergi uçotunun fərqi" mövzusunda təlim modulu keçirildi.
Təlim modulu çərçivəsində gəlirlərin və xərclərin düzgün tənzimlənməsi, vergi növləri və əsas qanunvericilik prinsipləri, maliyyə uçotu və vergi uçotunun fərqləri kimi mövzulardan bəhs edilmiş və iştirakçıların sualları cavablandırılmışdır.
Qeyd edək ki, təlim Gəncə Regional Turizm İdarəsinin Baş mühasibi, Dövlət İmtahan Mərkəzinin Məsələlərin tərtibi (PMS imtahanı) və İmtahanların yoxlanılması üzrə ekspert, həmçinin GMİB-də təlimçi-ekspert İsa Şəfiyev tərəfindən tədris olunmuşdur.