mar 15 2023
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.
Layihənin məqsədi ölkə iqtisadiyyatına və ölkəmizdə qadınların, həm də gənc qızların maliyyə savadlılığının artırılmasına dəstək göstərməkdir. Bu məqsədlə Lənkəran, Masallı və Biləsuvar rayonlarında təlimlərin keçirilmişdir.
Belə ki, ilk təlim 12 oktyabr 2022-ci il tarixində Masallı rayonunda Heydər Əliyev Mərkəzində, ikinci təlim 13 oktyabr 2022-ci il tarixində Lənkəran şəhərində, üçüncü təlim 14 oktyabr 2022-ci il tarixində Biləsuvar rayon Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Hər 3 təlim GMİB-in sədri Solmaz Əliyevanın çıxışı ilə açıq elan edilmişdir. Təlimçilər qismində Rəvan Cəfərli və Selcan Əlibəyova, ekspert qismində Qərənfil Rəhmanova iştikrak etmişdir. Təlimlərdə sahibkarlığa başlamaq istəyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlar, xüsusilə də gənclər olmaqla 15 nəfər iştirak etmişdir. Təlim müddətində təlimçilər tərəfindən Ağıllı büdcə, Ailə büdcəsinin idarə olunması, Gəlir və xərclərin planlaşdırılması, idarə olunması, Maliyyə məqsədlərinin formalaşdırılması,
Yığımlar, qənaət yolları və gözlənilməz hallar üçün fövqəladə fondun yaradılması,
Borc alma və investisiya kimi təməl maliyyə anlayışlar, Qadınların biznesdə rolu və Maliyyə resurslarına çıxış mövzusunda geniş məlumatlandırıldılar. Çay fasiləsindən sonra ikinci sessiyada nəzəri keçirilən təlimin praktiki hissəsi təşkil edilmiş, iştirakçılarla interaktiv oyunlar təşkil edilmiş, qaliblər kitabla mükafatlandırmışlar.
Sonda hər bir iştirakçıya sertifikat təqdim olunmuşdur.
Layihə 1 sentyabr 2022-ci il tarixindən 1 noyabr 2022-ci il tarixinə qədər müddəti əhatə edib.