apr 18 2022
bp-nin maliyyə dəstəyi ilə həyata keçirilən Gənc Mühasiblər İctimai Birliyinin Maliyyə Təlim və Təcrübə Mərkəzinin “Cəmiyyətin həssas qrupları arasında məşğulluğun dəstəklənməsi” layihəsi çərçivəsində təlimlər davam edir.
Layihənin məqsədi təcrübə yönümlü bacarıq və biliklərin təmin edilməsi vasitəsilə iş axtarışında olan yerli işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşmağına töhfə vermək, cəmiyyətin həssas təbəqələrinin maliyyə qabiliyyətini artırmaq, Bakı və Gəncə şəhərlərində unikal Maliyyə Tədris və Təcrübə Mərkəzinin yaradılması yolu ilə ölkədə maliyyə qabiliyyətinin artırılması və maliyyə sahəsində peşəkar kadrların hazırlanmasına dəstək verməkdən ibarətdir.
Layihə çərçivəsində maliyyə uçotu, maliyyə menecmenti və vergitutma üzrə treninqlər və təcrübələr keçirilir. Layihə iştirakçıları dörd sosial qrupa aiddir: 1. Şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailələri; 2. Aztəminatlı ailələr; 3. Müharibə zamanı Gəncə şəhərinin bombalanması nəticəsində zərər çəkmiş ailələr (mülkiyyət və psixoloji zərər görən vətəndaşlar); 4. Universitetin son kurs tələbələri və məzunları, həmçinin hal-hazırda işsizlər.