Sertifikatlaşdırma ikimərhələli imtahan vasitəsilə həyata keçirilir. İmtahanın birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir.
Mühasibat uçotu sualları aşağıdakı standartlar və qaydalar üzrə tərtib edilir: 2.7.1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları; 2.7.2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları; 2.7.3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları; 2.7.4. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları; 2.7.5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları; 2.7.6. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları.
Məlumat üçün bildiririk ki, Peşəkar Mühasib Sertifikatına hazırlıq təlimi yuxarıda qeyd olunan standartlar üzrə tərəfimizdən təşkil edilir. (Hər iki mərhələ üzrə)